Çində nasaz lift 19-cu mərtəbədən aşağı uçdu, 9 yaşlı qız sağ qaldı - VİDEO
Çində nasaz lift 19-cu mərtəbədən aşağı uçdu, 9 yaşlı qız sağ qaldı - VİDEO
5 İyun 2019 17:55 DünyaÇində içində 9 yaşlı qızın olduğu nasaz lift 19-cu mərtəbədən aşağı uçub, uşaq sağ qalıb.
AsiaOne portalı hadisənin videosunu yayıb.
Bildirilir ki, hadisə Şençjen şəhərində mayın 28-də baş verib.
Kadrlardan görünür ki, iki uşaq liftlə 19-cu mərtəbəyə qalxır. Oğlan liftdən çıxanda, sistemdə nasazlıq baş verir və lift sürətlə enməyə başlayır.
Liftin kabinəsi birinci mərtəbədə dayanır və uşaq sağ qalır. 9 yaşlı qızın psixoloji travma aldığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31