Ermənistanın dövlət borcu 6,9 milyardı keçdi

Ermənistanın dövlət borcu 6,9 milyardı keçdi

2018-ci ilin sonunda Ermənistanın dövlət borcu 6,923 milyard dollara çatıb.

Bunu parlamentdə büdcə dinləmələri zamanı Ermənistan Maliyyə naziri Atom Cancuqazyan deyib. Onun sözlərinə görə, ümumi dövlət borcunun 6,373 milyard dolları faktiki olaraq hökumətin, 550 milyon dolları Mərkəzi Bankın payına düşüb. Hökumətin borcunun 1,39 milyard dolları daxildən alınan borc olub. Dövlət borcunun ümumdaxili məhsula nisbəti dəyişib. Belə ki, Ermənistanın dövlət borcu ümumdaxili məhsulun 51,4%-ni təşkil edib.

Cancuqazyan məhz bu göstəriciyə əsaslanaraq Ermənistanın borc yükünün az olduğunu söyləyib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31