Putini erməni aktyor əvəz edəcək – Saakaşvilidən sensasiya
Putini erməni aktyor əvəz edəcək –Saakaşvilidən sensasiya
4 İyun 2019 14:42 DünyaMəncə, Putin dönəmi artıq bitir.
Bunu jurnalist Dmitri Qordona müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
"Düşünürəm ki, Putin dönəmi bitir. Tezliklə, Rusiyada hansısa Mixail Qalustyanı (rusiyalı komik) prezident seçəcəklər. Bu ya da hansısa başqa KVN-şik olacaq. Doğrudur, orada Zelenski kimi qabiliyyətlisi yoxdur. Mən Rusiya komediya şouları üzrə mütəxəssis deyiləm. Lakin Qalustyanı seçəcəklər və o, Putinin siyasətini dəyişəcək. Zelenski belə presedent yaradıb. Qalustyan üçün kabineti hazırlayın, Rusiyanın növbəti prezidenti odur", - deyə o bildirib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31