Şok qərar: Hərbi xunta anlaşmanı ləğv etdi - Ölkə çaxnaşma astanasında
Şok qərar: Hərbi xunta anlaşmanı ləğv etdi - Ölkə çaxnaşma astanasında
4 İyun 2019 14:05 DünyaSudanda Hərbi Keçid Şurasının başçısı, ordu generalı Əbdülfəttah əl-Burxan etirazçılarla (Azadlıq və Dəyişiklik Hərəkatı) əldə edilmiş bütün anlaşmaların ləğv edildiyini, seçkilərin 9 ay ərzində keçiriləcəyini açıqlayıb.
Əl-Burxan seçkilərin regional və beynəlxalq müşahidəçilərin nəzarəti altında baş tutacağını bildirib.
Sudanın paytaxtı Xartumda dünən şəhər mərkəzində bir neçə aydır davam edən etiraz aksiyaları ordunun sərt müdaxiləsi ilə dağıdılıb.
Olaylarda ən azı 35 nəfərin həlak olduğu, yüzlərlə yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Hərbi Keçid Şurasının qərarının genişmiqyaslı qarşıdurmaya səbəb olacağı ehtimal edilir.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31