Dünyanın ən böyük sualtı restoranı açıldı

Dünyanın ən böyük sualtı restoranı açıldı

Norveçin Lindesnes şəhərində Avropanın ilk sualtı restoranı açılıb.

Olaylar.az bildirir ki, restorandan Şimal dənizinə 36 kvadratmetrlik böyük bir pəncərə açılır.

Restoranda dəniz məhsulları 5 metr su altında servis edilir. 26 sm qalınlıqda olan pəncərəsi fırtınaya qarşı dayanıqlı şəkildə dizayn edilib. Həftədə 5 gecə 40 fərqli yemək xidməti veriləcək.

Restoran Osloda bir çox estetik binanın memarı olan memar Snhetta tərəfindən inşa edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31