Bu məmurların sərvəti müsadirə ediləcək, özləri isə… - Qanun

Bu məmurların sərvəti müsadirə ediləcək, özləri isə… - Qanun

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya qeyri-qanuni zənginləşməyə görə cinayət məsuliyyəti haqqında qanun layihəsi təqdim edib.

Ukrayna mətbuatı təqdim edilən qanun layihəsində məsuliyyətə cəlb edilən şəxslər üçün 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulduğunu yazıb. Həmçinin onların 3 ilə qədər vəzifə tutması qadağan ediləcək.

Qanun qəbul ediləcəyi halda qeyri-qanuni zənginləşənlərin qanunsuz aktivlərinin müsadirəsi də asanlaşdırılıb.

Mətbuat qanun layihəsinin Ukrayna və xarici ekspertlər tərəfindən hazırlandığını bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31