Ərdoğandan qəti mövqe: “Geriyə addım atan deyilik”

Ərdoğandan qəti mövqe: “Geriyə addım atan deyilik”

Bizim atdığımız addımlar bəllidir, əldə etdiyimiz anlaşma var. Geri dönmək müzakirə mövzusu deyil.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan Rusiyadan alınacaq S-400 hava hücumundan müdafiə kompleksi ətrafında yaranmış durumdan danışarkən deyib.

Prezident əlavə edib ki, ABŞ qarşısında təkliflərini də açıqlayıblar: "Məsələni araşdırmaq üçün bir heyət formalaşdırmaq təklifini verdik. Bizə "Patriot" sistemləri satmalarını istədik. Ancaq şərtləri Rusiya qədər uyğun deyil. Əgər uyğun olarsa, "Patriot" məsələsində də addım ata bilərik.

Təəssüf ki, ABŞ-dan S-400 kimi münasib təklif gəlmədi. Türkiyə olaraq mənfəətlərimizi düşünüb addım atacağıq".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31