Həbs edilən Sərkisyan İrəvana göndərilir – Yekun qərar
Həbs edilən Sərkisyan İrəvana göndərilir – Yekun qərar
4 İyun 2019 10:30 DünyaPraqa Şəhər Məhkəməsi Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanın Ermənistana ekstradisiyasının mümkünlüyü haqqında qərar qəbul edib.
Bunu jurnalistlərə açıqlamasında Praqa Şəhər Məhkəməsinin mətbuat katibi Marketa Puçi deyib. O, ekstradisiya ilə bağlı yekun qərarı Çexiya ədliyyə nazirinin qəbul edəcəyini bildirib.
Puçi nazirin məhkəməyə zidd qərar qəbul edəcəyinə inanmadığını deyib.
Qeyd edək ki, Sərkisyan dekabrda Praqada həbs edilmişdi. Rəsmi İrəvan Praqadan onun təcili ekstradisiyasını istəmişdi. Buna səbəb kimi Sərkisyanın qanunsuz narkotik dövriyyəsində iştirak etməsi göstərilmişdi.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31