Tramp müşavirini işdən qovdu

Tramp müşavirini işdən qovdu

ABŞ prezidenti Donald Tramp iqtisadi məsələlər üzrə məsləhətçisini işdən qovub.

Bu barədə Tramp özü bəyanat verib. ABŞ lideri bildirib ki, Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri öz postunu tərk edib. Tramp Kevin Hasseti öz dostu adlandırıb və işinə görə ona təşəkkür edib. Amma Hassetin istefaya göndərilmə səbəbi barədə məlumat verməyib.

Hazırda Tramp Avropa ölkələrinə səfərə çıxıb və ABŞ-a qayıtdıqdan sonra yeni müşavirinin adını açıqlayacaq.

"Mən və administrasiyam üçün böyük işlər görən Kevin Hasset tezliklə bizi tərk edir", - deyə Tramp Tvitterdə yazıb.

Qeyd edək ki, Tramp Böyük Britaniyadan sonra İrlandiya və Fransaya səfər edəcək.

olke

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31