Hindistanda hərbi təyyarə yoxa çıxıb

Hindistanda hərbi təyyarə yoxa çıxıb

Hindistanın Corhat şəhərindən havaya qalxan ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "An-32" hərbi-nəqliyyat təyyarəsi dispetçerlə əlaqəni itirib.

RİA "Novosti" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Bildirilib ki, göyərtədə 13 nəfər olub, təyyarə yerli vaxtla saat 12:25-də havaya qalxıb və Arunaçal-Pradeş ştatına istiqamətlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31