Türkiyədə küçədə siqaret çəkən qadını linç etdilər

Türkiyədə küçədə siqaret çəkən qadını linç etdilər

Türkiyənin Çorum vilayətində küçədə siqaret çəkən qadın linç edilib.

Hadisə ötən gün axşam saatlarında Fatih küçəsində baş verib.

O.N.A. adlı şəxs küçədə siqaret çəkən M.Ç adlı qadını döyüb. M.Ç.-nın polisə zəng etməsindən sonra əraziyə polis əməkdaşları gəliblər. Onlar şübhəlini saxlamaq istəyərkən o və ona dəstək olan bir qrup məhəllə sakini ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

Polis müqavimət göstərən şəxslərə qarşı gözyaşardıcı qaz və digər xüsusi vasitələrlə müdaxilə edib. Gözyaşardıcı qazdan zəhərlənən bəzi sakinlər xəstəxanaya müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.

M.Ç. isə küçədə siqaret çəkərkən hücumuna məruz qaldığını O.N.A.-dan polisə şikayət edib. Qadının sözlərinə görə, həmin şəxs onu təhqir edərək bıçaqla hədələyib.

virtualaz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31