Tramp II Elizabetlə görüşə helikopterlə gəldi - Video
Tramp II Elizabetlə görüşə helikopterlə gəldi - Video
3 İyun 2019 17:15 DünyaABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kraliçası II Elizabet ilə görüşüb.
Bu, D.Trampın Birləşmiş Krallığa ikigünlük rəsmi səfəri çərçivəsində ilk rəsmi qəbuldur.
ABŞ prezidenti Bukingem sarayına həyat yoldaşı ilə birgə helikopterlə gəlib. Qeyd olunur ki, nəqliyyatın bu növü təhlükəsizlik məqsədləri üçün seçilib.
Şahzadə Çarlz Trampı sarayın qərb terasına qədər müşayiət etdikdən sonra prezident gülərüzlə kraliçanı salamlayıb.
Prezident və xanımı Melanya Tramp kraliça ilə nahar yeməyində iştirak edəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31