Roma Papası qaraçılardan üzr istədi
Roma Papası qaraçılardan üzr istədi
3 İyun 2019 17:00 DünyaRoma Papası Fransisk Rumıniyaya səfəri zamanı qaraçılara üz tutaraq onlardan üzr istəyib.
Blaj şəhərində qaraçı icması ilə görüş zamanı Papa katolik kilsəsinin onları əsrlər boyu təqib etdiyini etiraf edib.
Fransisk deyib ki, qaraçılara qarşı ayrıseçkilik qəbulolunmazdır. O, katolik kilsəsinin bu xalqa qarşı irəli sürdüyü siyasəti səhv adlandırıb və onlardan üzr istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31