Milyarderlə nahar etmək üçün $4,5 mlrd. ödədi

Milyarderlə nahar etmək üçün $4,5 mlrd. ödədi

Milyarder Warren Buffett ilə nahar etmək imkanı hərraca çıxarılıb. Olaylar.az bildirir ki,  hərrac eBay saytında keçirilib. Naməlum şəxs milyarder ilə nahar etmək üçün $4 567 888 ödəyərək rekorda imza atıb.

Forbes jurnalının qiymətləndirmələrinə görə, zənginliyə görə Warren Buffett dünya üzrə üçüncü yer tutur, onun mülkiyyəti $82,5 mlrd. dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Warren Buffett artıq 20 ildir ki hərraclar keçirir. Bu günə qədər milyarderin topladığı pulun dəyəri $33 mln. Vəsait "Glide" xeyriyyə təşkilatına və San-Fransisko şəhərinin kimsəsiz sakinlərinə xərclənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31