Saakaşvili Kiyevdə belə yaşayır : Təmirsiz ev, mətbəx yox…

Saakaşvili Kiyevdə belə yaşayır : Təmirsiz ev, mətbəx yox…

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevə qayıtdıqdan sonra hansı şəraitdə yaşaması ilə bağlı sualları cavablandırıb.

Bu barədə RİA yazıb.

Onun sözlərinə görə, hazırda Kiyevdə birmərtəbəli, tam təmir olunmamış evdə yaşayır.

"İki kiçik yataq otağı və qonaq otağı var. Ancaq mətbəx yoxdur", - Saakaşvili bildirib.

O, həmçinin hazırda soyuducusunda olan məhsulları da sayıb: kolbasa, şərab, "Borjomi" və balıq.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31