Türkiyədə zəlzələ baş verdi - FOTO

Türkiyədə zəlzələ baş verdi - FOTO

Türkiyənin Sakarya vilayətinin Hendek mahalında 4,7 bal gücündə zəlzələ baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Boğaziçi Universitetinin Qəndilli Rəsədxanasından verilən məlumata görə, zəlzələ ocağı yerin 7 kilometr dərinliyində baş verən yeraltı təkanlar İstanbul da daxil olmaqla ətraf şəhərlərdə hiss olunub.

Hendek bələdiyyəsinin başçısı Turgut Babaoğlu təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumatın hələlik olmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31