Hər gürcüyə 120 dollar... - Nazir açıqladı

Hər gürcüyə 120 dollar... - Nazir açıqladı

Gürcüstanda əhalinin hər bir nəfərinə dövlət büdcəsindən il ərzində 120 ABŞ dolları xərclənir. Bu da Şərqi Avropa ölkələri ilə müqayisədə 16 dəfə azdır.

Bu sözləri Gürcüstanın səhiyyə naziri David Serqeyenko parlamentdə deputatlar qarşısındakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Şərqi Avropa ölkələrində əhalinin hər bir nəfərinə düşən dövlət xərcləri ildə 2 min dollar, Qərbi Avropada 6-8 min dollar, ABŞ-da isə 18 min dollar təşkil edir.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31