İnternetdə tanış olduğu "kişi" qadının başına oyun açdı -
İnternetdə tanış olduğu "kişi" qadının başına oyun açdı
1 İyun 2019 21:37 DünyaQız keçmiş sevgilisinin yeni sevgilisindən qeyri-adi formada intiqam alıb.
26 yaşlı Blerina Dobla onu atıb, başqasıyla sevgili olan oğlanın heyfini onun yeni sevgilisindən çıxıb.
Belə ki, özünə saxta hesab açan Blerina Dobla özünü kişi kimi təqdim edərək qızın çılpaq şəkil və videolarını alıb.
O, daha sonra əldə etdiyi videoları sosial şəbəkələrdə yayıb. Videosunu internetdə görən qız şoka düşüb. O, məhkəməyə müraciət etdikdə onun videolarını yayan şəxsin qadın olduğunu öyrənib.
Londonun cənub-qərbindəki "Richmond-on-Thames"da, 1.2 milyon fund-sterlinqlik villada yaşayan Blerina Dobla polis tərəfindən saxlanılıb.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31