Polisə zəng: “Evimə timsah girib, siz gələnə qədər...”
Polisə zəng: “Evimə timsah girib, siz gələnə qədər...”
1 İyun 2019 21:13 DünyaABŞ-da timsah pəncərədən mətbəxə daxil olaraq ev sahibinə həyəcan yaşadıb.
Hadisə ABŞ-ın Florida ştatının Klearvater şəhərində baş verib.
Timsah alçaqda yerləşən pəncərədən evə daxil olub. Mətbəxi qarışdıran timsah ev sahibini dəhşətə gətirib.
Yataq otağına qaçan ev sahibi dərhal polisə zəng edib: "Evə timsah girib. Yataq otağındayam və qapını kilidləmişəm. Sizə gələnə qədər buradan çıxmayacağam".
Timsah mütəxəssisi ilə birlikdə evə gələn polis hadisəni nəzarətə alıb. Qısa müddətə timsah evdən çıxarılıb.
Polis bəyan edib ki, timsah evdə bir neçə şüşəni qırdığı üçün yüngül yaralanıb, ev sahibi isə hadisə zamanı zərər görməyib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31