Amerikalı milyarder tələbələrin 40 milyon dollarlıq kredit borcunu ödədi

Amerikalı milyarder tələbələrin 40 milyon dollarlıq kredit borcunu ödədi

Amerikalı milyarder və investor Robert F. Smith 2019-cu il məzunu tələbələrin 40 milyon dollarlıq kredit borclarını ödəyəcək. O, həmçinin "Morehouse College"ə 1,5 milyon dollar maliyyə yardımı edib.

İnvestor bu haqda "Morehouse College"in tələbələrinin məzun günündə çıxışı zamanı bildirib.

"Xahiş edirəm ayağa qalxın, arxanıza çevrilin, dizi dəstəkləyən ailənizi alqışlayın. Onlar burada olmağınızın səbəbidir", - deyə o çıxışı zamanı deyib.

Milyarderin bunun qarşılığında yeni nəsildən istədiyi yeganə istək onların da özlərindən sonrakı nəsillərə yardım etməsidir. O müjdə xəbəri isə belə verib:

"Bu ölkədə yaşayan 8 nəsil adına, sizin avtobusunuza bir az benzin qoyacağıq. Bu mənim sinfimdir və və mənim sinfim bunun qarşılığını verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31