Türkiyə bu il altı milyondan çox rusiyalı turist gözləyir
Türkiyə bu il altı milyondan çox rusiyalı turist gözləyir
1 İyun 2019 19:56 DünyaBu il Türkiyədə dincəlməyə gələcək rusiyalı turistlərin gözlənilən sayı altı milyondan çoxdur.
Bu barədə Türkiyənin Turist Agentlikləri Assosiasiyasının (TÜRSAB) prezidenti Firuz Bağlıkaya deyib.
"Rusiya bizim üçün mühüm bazardır, Türkiyəyə ən çox turist məhz bu ölkədən gəlir. 2018-ci ildə ölkəmizdə dincələn rusiyalıların sayı 26 faizdən çox, 2019-cu ilin ilk üç ayı ərzində isə 37 faizdən çox artıb. Biz bu tendensiyanın ilin sonuna qədər davam edəcəyini və rusiyalı turistlərin sayının altı milyonu keçəcəyini gözləyirik", - deyə Firuz Bağlıkaya bildirib.
azertac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31