Türkiyəli tanınmış aktyoru küçədə döydülər
Türkiyəli tanınmış aktyoru küçədə döydülər
1 İyun 2019 19:45 DünyaTürkiyəli tanınmış aktyor Xalit Ərgənc bu gün səhər saatlarında 2 nəfərin hücumuna məruz qalıb.
Muxalifet.az xəbər verir ki, aktyor bu barədə şəxsi Tvitter səhifəsində məlumat paylaşıb. Aktyor tanımadığı şəxslərin ona yaxınlaşaraq təhqir etdiklərini, yumruq vurduqlarını, daha sonra isə şəxsi avtomobillərinə minərək ərazidən uzaqlaşdıqlarını bildirib.
X.Ərgəncin şikayət etməsindən sonra sözügedən şəxslər polis tərəfindən müəyyənləşdirilərək saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31