Cəbhədə son durum: Düşmən itki verdi
1 İyun 2019 16:34 DünyaErmənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi hissəsində əsgər həlak olub.
Teleqraf.com erməni mənbələrinə istinadla xəbər verir ki, məlumatda hadisənin bu gün səhər saatlarında işğal altındakı Xocavənd rayonunda baş verdiyi bildirilib.
2000-ci il təvəllüdlü əsgər Sipan Meloknyan təmas xəttində həyatını itirib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31