Neftçilər prospektində motosiklet dirəyə çırpıldı, qız və oğlan yaralandı - FOTO/VİDEO

Neftçilər prospektində motosiklet dirəyə çırpıldı, qız və oğlan yaralandı - FOTO/VİDEO

Səhər saatlarında Bakının Səbail rayonunda baş verən motosiklet qəzasında iki nəfər xəsarət alıb.

Neftçilər prospektində Rza Qasımovun idarəetməsindən çıxan motosiklet yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü və motosikletdəki sərnişin 1998-ci il təvəllüdlü Baxışova Kübra Ceyhun qızı xəsarət alıb.

Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər iki yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin ehtimala görə, hadisə sürət həddinin aşılması səbəbindən baş verib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

oxu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31