Krım tatarlarının lideri istefaya göndərildi
Krım tatarlarının lideri istefaya göndərildi
1 İyun 2019 11:24 DünyaMustafa Cəmilov Ukrayna prezidentinin Krım tatar xalqının işləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Cəmilov vəzifəsini 18 mayda Pyotr Poroşenkonun əmriylə tərk etsə də, bu barədə informasiya təzəlikcə yayımlanıb.
Yaxın zamanlarda bu vəzifəyə yeni nümayəndənin təyini üçün Krım Tatar Məclisinin xüsusi iclas keçirəcəyi bildirilib.
Qeyd edək ki, Ukrayna prezidentinin Krım tatar xalqının işləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsi Krımın anneksiyasından dərhal sonra yaradılıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31