Qızıyla evlənən ata həbs edildi - Şok olay

Qızıyla evlənən ata həbs edildi - Şok olay

ABŞ-ın Nebraska ştatının sakini öz qızıyla evləndiyi üçün həbs edilib.

Bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Evlənən "cütlüyün" 40 yaşlı Trevis Fildqrouv və 21 yaşlı Samanta Kerşner olduğu bildirilib. 2018-ci ilin payızında evlənən "cütlüyün" üç il öncə tanış olduqları bəlli olub. Belə ki, tərəflər üç il öncəyə qədər ata-bala olduqlarından xəbərsiz olduqlarını deyiblər. Məhkəməyə çıxarılan Fildqrouv isə Kerşneri öz qızı hesab etmədiyini deyib. Kerşner isə atasıyla yaxınlaşmasına əsas səbəbin bacısıyla onlardan hansının ilk olaraq atalarını başdan çıxaracağını dair mərcləşməsinin olduğunu bildirib.

Hər iki şəxsi səkkiz il həbs cəzası gözləsə də, sonradan məhkəmə yalnız atanı iki illik həbs cəzasına məhkum edib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31