Ermənistan polisinin bir sıra şəxslərinə qarşı cinayət işi açıldı
1 İyun 2019 07:39 DünyaErmənistanın Xüsusi İstintaq Xidməti Dövlət Nəzarət Xidməti tərəfindən ölkə polisində keçirilmiş yoxlamaların nəticəsinə görə bir sıra şəxslərə qarşı cinayət işi başlayıb.
Bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqanjanyan bildirib.
Onun sözlərinə görə, aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu maddələri üzrə (sahibkar fəaliyyətində qanunsuz iştirak) cinayət işi başlayıb.
Xatırladaq ki, yoxlamalar satınalmaların təşkili sahəsində keçirilib. Qanun pozuntuları 2008-ci ildən başlayaraq aşkarlanıb (Report).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31