Ərəb liderlərdən İrana mesaj: “Bölgəni müharibəyə sürükləmə”

Ərəb liderlərdən İrana mesaj: “Bölgəni müharibəyə sürükləmə”

Ərəb liderlərin Səudiyyə Ərəbistanının Məkkə şəhərində fövqəladə toplantısı olub. 

Toplantıda İranın bölgədəki fəaliyyəti qınanıb və bu ölkəyə sərt çağırış edilib: "Bölgəni müharibəyə sürükləmə, bölgə ölkələrinin daxili işinə qarışma və beynəlxalq dəniz nəqliyyatını təhdid etmə".

Bundan başqa, ABŞ-ın İrana qarşı atacağı addımlara dəstək veriləcəyi də vurğulanıb. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Abduləzizin başçılıq etdiyi Ərəb zirvəsinə 21 ölkədən lider və təmsilçilər qatılıb.

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31