Ermənistanda evə qumbara atıldı - Ölən var
Ermənistanda evə qumbara atıldı - Ölən var
31 May 2019 16:27 DünyaErmənistanın Ararat əyalətinin Noramarq kəndində (İrəvanın 22 kilometrliyində) 60 yaşlı kişi keçmiş həyat yoldaşıgildə olarkən ev sahibləri (ər və həyat yoldaşı) ilə mübahisə etdikdən sonra iki qumbara atıb.
Ermənistan İstintaq Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, partlayış nəticəsində ev sahibi və uşaq xəsarət alıb. Xəstəxanaya çatdırılan ev sahibi dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin saxlanması üçün tədbirlər görülür. Onun evinə baxış zamanı daha iki qumbara aşkarlanaraq götürülüb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31