Türkiyə S-400-ləri bu ərazilərdə yerləşdirəcək
Türkiyə S-400-ləri bu ərazilərdə yerləşdirəcək
31 May 2019 16:19 DünyaTürkiyə əldə edəcəyi S-400-ləri Kipr ilə Aralıq dənizinin şərqində təbii qaz axtarışı və çıxarılması fəaliyyətlərilə bağlı problemlər yaşadığı üçün cənub sahillərinə yerləşdirəcək.
Bu barədə "Blumberq"in 4 mənbədən əldə etdiyi məlumatda deyilir.
Qaynaqların digər məlumatına görə, S-400-lər ruslar tərəfindən inşa edilən Türkiyənin ilk nüvə stansiyası "Akkuyu"da da yerləşdirilə bilər.
Qeyd edək ki, Yaxın Şərqdə pik həddə çatan gərginliyi daha da artırmamaq üçün Rusiya İrana S-400 hava hücumundan müdafiə sistemi satmaqdan imtina edib.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31