Türkmən prezidentdən Medvedyevə - Jest
Türkmən prezidentdən Medvedyevə - Jest
31 May 2019 15:33 DünyaTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov "QAZ-21 Volqa" avtomobili ilə Rusiyanın Baş naziri Dmitri Medvedyevin arxasınca otelə gələrək, onu Aşqabadda avtomobil gəzintisinə çıxarıb.
Bu barədə TASS yazıb.
Məlumata görə, qısa gəzintidən sonra siyasətçilər prezident malikanəsinə gəliblər. Burada tərəflər arasında işgüzar səhər yeməyi baş tutub.
Qeyd edək ki, Medvedyev mayın 30-da Türkmənistana səfər edib. Baş nazir burada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31