Formançuk: Zelenskinin “Rusiya ilə müharibə” bəyanatı...
Formançuk: Zelenskinin “Rusiya ilə müharibə” bəyanatı...
31 May 2019 15:25 DünyaUkrayna Prezidenti Vladimir Zelenskinin "Rusiya ilə müharibə" sözləri onun sələfi Pyotr Poroşenkonun kursunu davam etdirdiyini təsdiq edir.
Bu barədə politoloq Aleksandr Formançuk danışıb.
"Zelenskinin bütün bəyanatları onun müasir beynəlxalq vəziyyətdə diletant olduğundan xəbər verir. O, Ukraynanın iki müharibə apardığını və bunlardan birinin Rusiyaya qarşı olduğunu açıqlayanda Poroşenko kursunu davam etdirdiyini rəsmi şəkildə təsdiqlədi", - politoloq bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin iki - Rusiyaya və korrupsiyaya qarşı müharibə apardığını bildirmişdi.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31