Zelenski geyiminə görə tənqid edildi - Foto
Zelenski geyiminə görə tənqid edildi - Foto
31 May 2019 15:18 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Fransa və Almaniya XİN rəhbərləri ilə görüş zamanı geyim seçiminə görə sosial şəbəkələrdə kəskin tənqid olunub.
Bu barədə Ukraynanın "Dialoq" nəşri yazıb.
Məlumata görə, görüş zamanı yeni prezident uyğun "dress-kod"dan imtina edərək, pencək və qalstukdan istifadə etməyib. Bundan əlavə Zelenskinin qara köynək geyinməsi və köynəyinin qollarını qatlaması diqqətdən yayınmayıb.
Görüşün fotolarının yayılmasından sonra sosial şəbəkənin Ukrayna seqmentində geniş müzakirələr gedib. Bir çox istifadəçi prezidentin "dress-kod"a əməl etməməsini düzgün hesab etməyib.


axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31