“Soros Ermənistanı ələ keçirib” – İrəvanda ara qarışır
“Soros Ermənistanı ələ keçirib” – İrəvanda ara qarışır
31 May 2019 15:09 DünyaABŞ-ın Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) İrəvan ofisinin qarşısında etiraz aksiyası keçiriləcək.
Ermənistanda fəaliyyət göstərən VETO Hərəkatı adlı QHT-nin rəhbəri Narek Malyan Ermənistanda Soros Fondu əleyhinə kampaniyaya başladığını açıqlayıb.
Narek Malyan Ermənistan hökumətini Soros Fondunun İrəvan ofisini bağlamağa çağırıb:
"Soros Fondu bizim dövlətimizin içində bir dövlətdir. Uzun illərdir bu qurum Ermənistan əleyhinə olan qüvvələri öz ətrafına yığıb maliyyələşdirir, böyük bir agent şəbəkəsi yaradıb".
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31