Parisdə meydanlardan birinə Diananın adını vermək təklif olunub

Parisdə meydanlardan birinə Diananın adını vermək təklif olunub

Parisdə Böyük Britaniya şahzadəsi Diananın avtomobil qəzasına düşdüyü tunelin üzərindəki meydan onun şərəfinə adlandırıla bilər.

Bu təşəbbüs iyunun 11-də Bələdiyyə Şurasının iclasında səsverməyə çıxarılmalıdır.

Hazırda bu meydan yaxınlıqdakı "Alma" adlı körpünün adına uyğun olaraq elə belə də adlanır.

Qeyd edək ki, 20 il öncə isə bu meydana opera müğənnisi Mariya Kallasın adını vermək istəyiblər.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31