Paşinyan eyni anda 25 yüksək vəzifəli MƏMURU İŞDƏN ÇIXARDI
31 May 2019 13:29 DünyaErmənistan Baş naziri Nikol Paşinyan onlarla nazir müavinini vəzifəsindən azad edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat xidməti yayıb. Vəzifəsindən azad edilən nazir müavinlərin ümumi sayı 25 nəfər təşkil edib.
İşdən çıxarılanlar ərazi idarəetməsi və inkişaf, nəqliyyat, iqtisadi inkişaf, təhsil, kənd təsərrüfatı, energetika, mədəniyyət, idman nazirlərinin müavinləridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31