Kabildə növbəti partlayış törədilib
Kabildə növbəti partlayış törədilib
31 May 2019 11:52 DünyaMayın 31-də səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərində güclü partlayış baş verib.
Partlayış beynəlxalq qeyri-hökumət təşkilatlarının ofislərinin yerləşdiyi və əsasən xarici ölkə vətəndaşlarının yaşadığı doqquzuncu polis dairəsində baş verib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, minalanmış avtomobilin partlaması nəticəsində azı 4 dinc sakin həlak olub, həmçinin üç sakin və dörd amerikalı hərbçi yaralanıb. Hücumun məsuliyyətini "Taliban" hərəkatının öz üzərinə götürdüyü bildirilir.
Xatırladaq ki, mayın 30-da Kabildə beşinci polis dairəsində yerləşən Marşal Fahim adına Milli Müdafiə Universitetinin yaxınlığında törədilən partlayış nəticəsində altı nəfər həlak olmuşdu.
azertac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31