Bodrumda 4,2 bal gücündə zəlzələ olub

Bodrumda 4,2 bal gücündə zəlzələ olub

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkan mayın 31-də yerli vaxtla saat 00.43-də qeydə alınıb. Zəlzələnin episentri Bodrum yaxınlığındakı Gökova körfəzində olub.

Qeyd edək ki, bundan əvvəl mayın 28-də bölgədə 4.6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların davamlı olması əhalidə ciddi narahatlıq yaradıb.

azertac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31