37 yaşlı Aysel müəllimə dəhşətli qəzada öldü - ANBAAN VİDEO

Qəza anbaan kameralara düşüb.

Türkiyədə 37 yaşlı müəllimi avtobus vuraraq öldürüb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Yalova şəhərində baş verib.

Aysel Akın adlı müəllimə səhər işə gedərkən avtobusdan düşüb yolu keçmək istəyib. Lakin o, qarşıdan gələn digər avtobusu görməyib və nəticədə sürətlə gələn nəqliyyat vasitəsinin altında qalıb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını müəlliməni xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, müəllimə həmin gün şagirdlərini kinoya aparacaqmış.

Qeyd edək ki, qəza anı anbaan kameralara düşüb. Həmin görüntüləri sizə təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31