Kadırovun oğlu məşhur türk serialına çəkildi
Kadırovun oğlu məşhur türk serialına çəkildi
30 May 2019 16:55 Dünya"Mənim əziz bacım oğlu məşhur televiziya serialında oynayıb"
Çeçenistan prezidenti Ramzan Kadırovun 11 yaşlı oğlu Adəm məşhur türk serialı "Diriliş Ərtoğrul"a çəkilib.
Bu barədə balaca aktyorun dayısı Turpal-Əli İbrahimov "İnstagram" səhifəsində yazıb.
"Mənim əziz bacım oğlu Adəm Qədirov məşhur televiziya serialında "Diriliş Ərtoğrul"da oynayıb və qabiliyyətini göstərib",-deyə o qeyd edib.
Turpal-Əli İbrahimov öz səhifəsində R. Kadırovun oğlunun oynadığı epizodun videosunu paylaşıb.(ona.az)
AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31