ABŞ Türkiyəni hədələdi: Əgər S-400 alsanız...

ABŞ Türkiyəni hədələdi: Əgər S-400 alsanız...

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə komplekslərinin satışının tamamlanması təqdirində, rəsmi Ankara CAATSA ("ABŞ-ın Düşmənləri ilə Sanksiyalarla Mübarizə Aparmaq Qanunu") sanksiyalarına məruz qalacaq.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus açıqlayıb.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ortaqus Türkiyənin NATO müttəfiqi olduğunu və İŞİD terror təşkilatının məğlub edilməsində kritik rol oynadığını vurğulayıb: "Buna rəğmən, S-400 məsələsindəki mövqeyimizdə bir dəyişiklik yoxdur. Türkiyə S-400 alarsa, çox gerçək və ciddi nəticələrlə qarşılaşacaq. Bunlar F-35 döyüş təyyarələrinin satılmasının və türk sənayesinin bu proqrama qatılmasının dayandırılması, həmçinin CAATSA sanksiyalarının tətbiq olunmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31