Putin Paşinyanı Nur-Sultanda “təsadüfən” rədd etdi

Putin Paşinyanı Nur-Sultanda “təsadüfən” rədd etdi

Nur-Sultanda Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşün baş tutmamasında məqsədli heç bir şey yoxdur.

Bunu "Rusarminfo" saytına açıqlamasında Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş Komitəsinin sədri Leonid Kalaşnikov deyib. O, görüşün baş tutmasının "təsadüfi olduğunu" bildirib.

Kalaşnikov bu məsələnin Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcəyini bildirib.

Qeyd edək ki, Avrasiya İttifaqı sammiti çərçivəsində Paşinyan-Putin görüşü əvvəlcədən planlaşdırılsa da, baş tutmayıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31