Budapeştdə turist gəmisi çevrildi - 33 turist Dunaya düşdü
Budapeştdə turist gəmisi çevrildi - 33 turist Dunaya düşdü
30 May 2019 11:27 DünyaBudapeştdə Dunay çayında turistləri aparan gəmi qəzaya uğrayıb.
İnsident nəticəsində azı 7 nəfərin öldüyü bildirilir.
Hadisə iki gəzinti gəmisinin toqquşması nəticəsində baş verib.
Polisin verdiyi məlumata görə, qəza anında gəmidə ümumilikdə Cənubi Koreyadan olan 33 turist və 2 ekipaj üzvü olub.
Hadisədən sonra 7 nəfəri xilas etmək mükün olub. 21 nəfərin taleyi isə hələlik məlum deyil.
Axtarış-xilasetmə işləri hələ aparılır. Havanın yağışlı və soyuq olması axtarışları çətinləşdirir.
Cənubi Koreya hökuməti həlak olanlar arasında vətəndaşlarının olduğunu təsdiq edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31