“Xaç atası”nın aktyor vəfat etdi
“Xaç atası”nın aktyor vəfat etdi
30 May 2019 10:45 Dünya"Xaç atası-2" və "Bryusterin milyonları" filmində çəkilmiş Karmine Karidi 86 yaşında vəfat etdi. Bu barədə TMZ portalı aktyorun nümayəndəsinə istinadla məlumat yayıb.
Aktyor Los-Ancelesdə klinikaların birində vəfat edib. O, komada idi.
Karmine Karidi "Xaç atası-2" və "Xaç atası-3" filmlərində oynadığı müxtəlif rollarla yadda qalıb. O, filmin ikinci hissəsində Karmine Rozato, üçüncü hissəsində isə Çikaqo cinayətkar qrupunun başçısı Albert Volpenin rollarına çəkilib. Aktyor 60 illik karyerası dövründə 100-dən çox film və teleserialda rol alıb.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31