Rus diplomat casusluğa görə həbs edildi

Rus diplomat casusluğa görə həbs edildi

Kosovo polisi ötən gün serblərin kompakt yaşadığı Mitroviça regionunda əməliyyat keçirib. Həbs edilən 23 nəfərdən biri də Rusiya vətəndaşı Mixail Krasnaşefkov adlı şəxsdir.

Saxlanılan Mixail Krasnaşefkov BMT-nin Kosova missiyasında işləyir və həbs edilən zaman yaralanıb.

Hadisəyə reaksiya verən Rusiyanın Belqraddakı səfirliyi rus vətəndaşın dərhal azad edilməsini tələb edib, xatırladıb ki, Mixail BMT-də işləyir və diplomatik toxunulmazlığa malikdir. Səfirlik bu səbəbdən də Kosovonın cinayətə yol verdiyini vurğulayıb.

Kosovo Prezidenti Haşin Taçi isə Rusiya vətəndaşı olan diplomatik maska altında gizlənən bir casus olduğunu söyləyib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31