Senatorlar Nazarbayevin bu statusunu təsdiqlədi

Senatorlar Nazarbayevin bu statusunu təsdiqlədi

Qazaxıstan Senatının plenar iclasında senatorlar Nursultan Nazarbayevə fəxri senator statusunun verilməsi barədə irəli sürülən təklifi dəstəkləyiblər.

Bu məlumatı "RİA Novosti" agentliyi yayıb.

Qeyd edək ki, 27 may tarixində Qazaxıstan Senatının büro iclasında N.Nazarbayevə fəxri senator adı verilməsi barədə qərar qəbul olunmuş və senatorların səsverməsinə təklif edilmişdi.

Nazarbayev 20 martda prezident vəzifəsindən istefaya gedib. Hazırda Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri olan Nazarbayevə həmçinin Xalq lideri - Elbaşı statusu verilib.

Dünən isə o, Avrasiya Ali İqtisadi Şurasının fəxri sədri seçilib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31