Rusiyada jurnalisti döyən icra başçısı partiyadan qovuldu - VİDEO
Rusiyada jurnalisti döyən icra başçısı partiyadan qovuldu - VİDEO
29 May 2019 19:10 DünyaRusiyanın Sibir bölgəsində Rusiya İstintaq Komitəsinin Xakasiya vilayəti üzrə Şira rayonunun icra başçısı Sergey Zaytsev "Rossiya-24" telekanalının müxbiri İvan Litomini döydüyü üçün hakim "Vahid Rusiya" partiyasından ixrac edilib.
Partiya Zaytsevin hərəkətinə görə ictimaiyyətdən və kanaldan üzr istəyib.
Xatırladaq ki, Zaytsev jurnalistin peşə fəaliyyətinə mane olduğu üçün haqqında cinayət işi açılıb. Onun əməli sübuta yetirilərsə 6 il həbs cəzası ala bilər.
Qeyd edək ki, Litomin icra başçısından 4 il əvvəl yanğında zərər çəkən sakinlərin nəyə görə hələ də evsiz-eşiksiz, qeyri-insani şəraitdə yaşadıqlarının səbəbini soruşub. Bu suala görə hiddətlənən Zaytsev jurnalistin yaxasından tutaraq onu yerə çırpıb.
baku.ws