İraq İŞİD-çilərin 188 uşağını Türkiyəyə təhvil verdi

İraq İŞİD-çilərin 188 uşağını Türkiyəyə təhvil verdi

Bu barədə İraqın Ali Məhkəmə Şurasının açıqlamasında deyilir

İraq hökuməti İŞİD terrorçularının 188 uşağını Türkiyəyə təhvil verib.

Bu barədə İraqın Ali Məhkəmə Şurasının açıqlamasında deyilir.

Bildirilir ki, onların arasında sərhədi qanunsuz keçdiyinə görə mühakimə olunmuş böyük uşaqlar da var.

Açıqlamada qeyd edilir ki, uşaqlar təyyarə ilə Türkiyəyə göndərilib və təhvilvermə İraqın Xarici İşlər Nazirliyinin, Bağdaddakı Türkiyə səfirliyinin, UNİCEF və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutub.(ona.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31