Bu da Saakaşvilinin Ukrayna pasportu - FOTOLAR
Bu da Saakaşvilinin Ukrayna pasportu - FOTOLAR
29 May 2019 18:09 Dünya"İndi hava limanındayam və Kiyevə yola düşürəm"
Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığına dair rəsmi sənədini alıb.
Bu barədə o, feysbuk hesabında məlumat verib.
"Ukraynanın gözəl konsulu Varşava səfirliyində mənə Ukraynaya qayıtmağım üçün şəxsiyyət vəsiqəsi təqdim etdi. İndi isə hava limanındayam və Kiyevə yola düşürəm", - deyə Saakaşvili yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 28-də Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.(qafqazinfo.az)


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31