Britaniyada bir ilk - Hicablı qadın mer seçildi

Britaniyada bir ilk - Hicablı qadın mer seçildi

Böyük Britaniyanın İslinqton şəhərində maraqlı hadisə baş verib.

İslinqton şəhər şurasının iclasında keçirilən seçkilər nəticəsində Somalidən olan Rakxiya İsmayıl mer seçilib.

İsmayıl Somalidən Böyük Britaniyaya 1980-ci illərdə qaçqın kimi gəlib. Bir müddət sonra isə Britaniya paspotu alıb. 2012-ci ildə Rakxiya İslinqton şəhər şurasına üzv seçilib. Ötən ilə isə onu vitse-mer seçiblər. Dövlət işindən başqa İsmayıl xeyriyyə işi ilə məşğul olur.

"İslinqton meri olmaq böyük şərəfdir. Bura mənim evimdir", - Rakxiya mer seçiləndən sonra deyib.

olke

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31